Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ukraynanın Azərbaycandakı səfiri: "Humanitar yardımı çox yüksək qiymətləndiririk"
"Biz Azərbaycan Prezidenti İlham Əliyevə, energetika və xarici işlər nazirinə Rusiyanın hücumlarından sonra enerji sistemimizin bərpası üçün ehtiyac duyduğumuz humanitar yardıma görə təşəkkür edirik".
Oxu.Az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev bildirib.
"Humanitar yardımı çox yüksək qiymətləndiririk və Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq. Yaşasın Ukrayna, yaşasın Azərbaycan", - deyə səfir qeyd edib.
Səfir Azərbaycanın İrpinin yenidən qurulmasına verdiyi dəstəkdən danışıb:
"Azərbaycanın İrpində yenidənqurmaya dəstək verdiyi yerlərə uşaqlar üçün incəsənət məktəbi də daxil olacaq. Buraya həmçinin uşaq idman məktəbi də daxildir.
Hazırda Laçınla qardaşlaşmış İrpinin bir sıra digər sosial infrastrukturu da daxil olacaq. Bilirsiniz ki, İrpinin meri keçən il (2024-cü il) Azərbaycanda səfərdə olub və biz ümid edirik ki, Azərbaycanın bəzi regionları ilə Ukrayna arasında regionlararası əməkdaşlığı dərinləşdirəcəyik.
İrpin xəstəxanası və məktəbinin yenidən bərpası üçün Azərbaycan tərəfinin böyük dəstəyi var.
İndi biz azərbaycanlı tərəfdaşlarımız və dostlarımızla birlikdə İrpində Azərbaycan tərəfinin dəstəkləyəcəyi yeni layihələrin həyata keçirilməsi üçün çalışırıq.
Bu il həmin layihəyə başlayacağımızı gözləyirik".

Şükufə Süleymanlı
"Ukraynaya yardım paketi" teqi üzrə xəbərlər
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
- Ursula fon der Lyayen Avropanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdi