Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beyləqan polisindən ƏMƏLİYYAT - Saxlanılanlar var
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan səkkiz kiloqram marixuana aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha dörd nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI
- Şahzadə Harri həbs oluna bilər
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Xaçmaz sakini SAXLANILDI
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- Ötən gün 40 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb