Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 920 nəfərə çatıb.
Oxu.Az EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 3.3 mindən çox insan xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl 589 nəfərin həlak olduğu, 3 minə yaxın şəxsin isə yaralandığı bildirilmişdi.
Venesuelada zəlzələ qurbanlarının sayı artaraq 589 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges "Venezolana de Televisión" dövlət telekanalının canlı yayımında məlumat verib.
"Çox təəssüf ki, artıq 589 nəfərin həlak olduğunu və 2 980 nəfərin yaralandığını bildirməyə məcburuq, lakin bununla yanaşı, onlarla insanı xilas etməyi bacardıq", - deyə o vurğulayıb.
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb. 4.3 mindən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu rəqəmləri ölkənin səhiyyə naziri Karlos Alvarado "Venezolana de Television" dövlət televiziyasının canlı yayımında açıqlayıb.
"Çox təəssüf ki, tibb mərkəzlərimizə gətirilərkən artıq həyatını itirmiş və ya heç bir həyat əlaməti olmayan 235-ə yaxın pasiyent qəbul etmişik", - deyə qurum rəhbəri vurğulayıb.
Nazir bildirib ki, hazırda 4 300-dən çox zərərçəkmişə zəruri tibbi yardım göstərilib.
"Yaralıların bir qismi yüngül xəsarətlər alıb, lakin vəziyyəti orta ağır və çox ağır olan xəstələrimiz də mövcuddur", - deyən Alvarado bir çox insana cərrahi əməliyyat edildiyini və ən gərgin vəziyyətin La-Quayra ştatında yaşandığını diqqətə çatdırıb.