Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vens: "Avropa özünün yaratdığı böhranla üz-üzədir"
"Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"Avropa bir çox problemlə üz-üzədir, amma o, indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, ABŞ-nin sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və Prezident Trampı seçən ABŞ xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var", - o vurğulayıb.
Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmalıdır.
"Ceyms Devid Vens" teqi üzrə xəbərlər
- Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Tramp Vensin corablarına "ilişdi": "Fikrimi cəmləyə bilmirəm"
- Vens yaxın qohumunun Ukrayna ordusunda vuruşmasına münasibət bildirib
- "Le Figaro": "ABŞ-nin vitse-prezidentinin yaxın qohumu Ukrayna Silahlı Qüvvələrində döyüşüb"