Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vens: "Zelenskinin ABŞ-nin Rusiyaya dəstəyi ilə bağlı sözləri absurddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Moskvanın tərəfində olması ilə bağlı iddialarını absurd hesab edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Unherd" nəşrinə müsahibəsində danışıb.
"Hesab edirəm ki, Zelenskinin hazırda onun hökumətinin və ordusunun səylərini dəstəkləyən ABŞ hökumətinə rusiyalıların tərəfində olduğunu söyləməsi bir növ absurddur", - deyə o bildirib.
Vensin sözlərinə görə, belə ritorika "mütləq şəkildə qeyri-məhsuldardır".
O, 2022-ci ildən bəri Rusiyanın hərəkətlərini qınadığını xatırladıb və izah edib ki, döyüşlərin dayandırılması üçün rusiyalıların və ukraynalıların öz strateji məqsədlərini nədə gördüklərini anlamağa çalışıb. Onun fikrincə, bu, "Rusiya işinə dəstək və ya genişmiqyaslı işğala dəstək" demək deyil, çünki Moskvanın "qırmızı xətləri"ni və Kiyevin nəyə nail olmağa çalışdığını anlamaq lazımdır.
Qeyd edək ki, Volodimir Zelenski daha əvvəl "CBS News"a müsahibəsində ABŞ-də Rusiya narrativlərinin üstünlük təşkil etdiyini bildirmişdi.
"Bu, Rusiyanın informasiya siyasətinin ABŞ-yə, ABŞ siyasətinə böyük təsirindən xəbər verir", - deyə Ukrayna prezidenti fikrini ifadə etmişdi.
"Ceyms Devid Vens (Cey Di Vens)" teqi üzrə xəbərlər
- Müqəddəs Taxt-Tac uğrunda savaş
- ABŞ vitse-prezidenti kuboku əlindən salaraq qırdı: "Ohayodan sonra heç kimin almasını istəmirdim"
- Zelenski ABŞ vitse-prezidentinə qarşı ciddi ittiham irəli sürdü
- ABŞ-nin Qrenlandiyadakı hərbi bazasında qalmaqal: Etimadı itirən komandir işdən çıxarıldı
- Cey Di Vens: "Qrenlandiya Danimarkadan ayrılmaq istəyir"