Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vərəm olduğunu gizlədən rusiyalı tərbiyəçi uşaq bağçasında epidemiyaya səbəb oldu
Rusiyada uşaq bağçalarının birində qorxunc hadisə baş verib.
Belə ki, 20 yaşlı tərbiyəçi uşaqları vərəmə yoluxdurub.
Bildirilib ki, Tıvada qadın vərəm xəstəliyini gizlədərək uşaq bağçasında işləməyə davam edib. Bunun nəticəsində uşaqlar arasında infeksiya yayılıb.
İlkin məlumatlara görə, azı doqquz uşaq bu təhlükəli xəstəliyə yoluxub. Hazırda onlar müalicə alırlar.
İşçi barəsində sanitariya-epidemioloji qaydalara əməl etməməyə görə cinayət işi açılıb.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Mənbə: Lenta.ru
"Uşaq bağçası" teqi üzrə xəbərlər
- Bağçada uşaqlar niyə tez-tez xəstələnirlər?
- Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında olublar
- Bakıda uşaq bağçasında ANTİSANİTAR vəziyyət - Yataq otaqlarında siçovullar gəzirlər
- Bakıda uşaq bağçasında meyit tapıldı
- Uşaq bağçalarında QORXUNC STATİSTİKA: 48 mindən çox xəstələnmə halı qeydə alınıb
Ən çox oxunanlar