Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Viktor Orban: "Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir"
Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında dekabrın 11-də telefon danışığı baş tutub.
Oxu.Az "Telegraf.com.ua" nəşrinə istinadən xəbər verir ki, bu barədə Viktor Orban "X" hesabında məlumat yayıb.
Danışıq zamanı Ukraynada davam edən müharibə müzakirə edilən əsas mövzulardan biri olub. Viktor Orban bildirib ki, telefon söhbəti bir saat davam edib.
"Bu gün səhər Prezident Putinlə bir saatlıq telefon danışığı apardım. Bu, Rusiya və Ukrayna arasında müharibənin ən təhlükəli həftələridir. Biz atəşkəsin əldə olunması və sülh danışıqlarının keçirilməsi üçün bütün mümkün diplomatik addımları atırıq", - deyə Viktor Orban vurğulayıb.
Rusiya mətbuatının məlumatına görə, söhbət Orbanın təşəbbüsü ilə baş tutub. Tərəflər, həmçinin Rusiya ilə Macarıstan arasında iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
"Viktor Orban" teqi üzrə xəbərlər
- Orban Moskvadakı 9 May paradına qatılmayacaq
- Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
- Orban: "Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir"
- COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib
- Macarıstanın baş naziri Azərbaycanda səfərdədir
Rəylər