Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vulkan Antarktidadakı İspaniya hərbi bazasını təhdid edir
Antarktidadakı Desepşn adasında keçmişdə Çili və Böyük Britaniyada tədqiqat stansiyalarını dağıdan vulkan Antarktidadakı İspaniya hərbi bazasını təhdid edir.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" məlumat verib.
Qeyd olunub ki, elm adamları və hərbçilər vulkanın fəaliyyətini yaxından izləyirlər. Kadis Universitetinin vulkanoloqu Belen Rosado, maqmanın hərəkətinin adanın deformasiyaya uğramasına səbəb olur ki, bu səbəbdən vulkanın ağızı vaxtaşırı açılıb bağlanır.
Vulkanoloqlar qrupu uzun illər ərzində İspaniya bazası ilə Cənubi Okeanın su basdığı kalderanın 6 kilometrliyində yerləşən dağılmış Çili stansiyası arasındakı məsafəni ölçmüşlər. 2019-2020-ci illərdə deformasiya kritik həddə çatıb və vulkanik aktivlik siqnalı yaşıldan sarıya dəyişib. Rosadonun sözlərinə görə, proses davam etsəydi, yerdəyişmə ildə 20 sm ola bilərdi ki, bu da son dərəcə təhlükəlidir.
İspaniya Milli Tədqiqat Şurasından vulkanoloq Ramon Ortis qeyd edib ki, adada gündə 80-ə qədər zəlzələ baş verir. Onun fikrincə, bu, yaxın gələcəkdə adanı su basa biləcək böyük püskürmə riskin olduğunu göstərir. Bu il vulkanın aktivliyi azalıb, vulkanın ağzı 4 santimetr kiçilib, lakin elm adamları hələ də təşviş içindədirlər.
"Antarktida materiki" teqi üzrə xəbərlər
- Antarktidanın açıq "yarası": Buzlaqdan donmayan al-qırmızı şəlalə axır
- Antarktidada fizika qanunlarına zidd olan sirli siqnallar aşkar edilib
- Antarktidanın altındakı sirli dünya: Qədim tropik meşələr və canlı həyat izləri
- Yeni Antarktida: Xəritənin göstərdikləri ən soyuqqanlı insanları belə təlaşa salır
- Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib