WhatsApp-da “Mavi düymə” özəlliyinin tətbiq edilməsindən sonra sosial şəbəkələrdə bir çox istifadəçi bu özəlliyə öz narazıçılığını bildirmişdi.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, narazılıqlardan sonra WhatsApp proqrama əlavələr edib.
Belə ki, istifadəçilər “Mavi düymə” özəlliyini istəyə uyğun olaraq bağlayıb və aça biləcəklər.
Bunun üçün proqramda gizlilik menyusuna daxil olaraq “Read receipts” (oxundu) düyməsini bağlamağınız lazımdır. “Read receipts” yeni əlavə edildiyi üçün istifadə etdiyiniz köhnə versiyalarda bu görünməyəcək.
Bunun üçün WatsApp-ın son versiyasını yükləmək lazımdır.
“Mavi düymə” özəlliyini bağladıqdan sonra yazılan mesajların oxunub-oxunmadığı bilinməyəcək.
E.Ə.
www.oxu.az