Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham etdi
İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham edib.
"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə o, ölkədəki bir qrup müəllimlə keçirdiyi görüşdə çıxış zamanı bəyan edib.
Xamenei Trampın son günlərdə ərəb ölkələrinə səfəri zamanı verdiyi bəyanatlara toxunaraq onların cavab verilməyə belə layiq olmadığını vurğulayıb.
"Trampın nitqinin səviyyəsi o qədər aşağıdır ki, bu, onun özü üçün biabırçılıq, ABŞ xalqı üçün isə utancverici bir haldır. O, guya gücdən sülh yaratmaq üçün istifadə etmək istədiyini deyib, lakin o yalan danışıb. Sülh yaratmaq üçün onlar nə vaxt gücdən istifadə ediblər?" - deyə Xamenei bildirib.
İranın ali rəhbəri əlavə edib ki, gücdən yalnız sülh və təhlükəsizliyin təmin olunması məqsədilə istifadə edilə bilər.
"Seyid Əli Xamenei" teqi üzrə xəbərlər
- Qərb mediası: "Mossad" agentləri İran generallarını zəng vasitəsilə hədələyiblər"
- Xamenei: "İran heç kimə təcavüz etməyib, özünə qarşı təcavüzə də yol verməyəcək"
- İranda Xameneiyə varis axtarılır
- Əraqçı Xameneinin gizli məktubunu Putinə aparıb?
- İrandan Xameneiyə qarşı addımla bağlı xəbərdarlıq: "Cavabımız məhdudiyyətsiz olacaq"