Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dünya çempionu "Aston Villa"nı tərk edir
Emiliano Martines yayda "Aston Villa"dan ayrılacaq.
Oxu.Az xəbər verir ki, argentinalı qapıçı Premyer Liqanın 37-ci turunun "Tottenhem"lə ev oyunundan (2:0) sonra azarkeşlərlə vidalaşıb.
Martinesə Səudiyyə Ərəbistanından təkliflər var. Lakin 32 yaşlı qolkiper Asiyaya yollanmağı düşünmür. Dünya çempionu Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, "Aston Villa" Emiliano Martinezi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib.
"Arsenal FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar