İranın ali lideri Əli Xameneinin dəfn mərasimi təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, mərasimin yeni vaxtı daha sonra açıqlanacaq.
Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurasının məlumatına görə, Xamenei ilə vida mərasimi İranın hər yerindən çox sayda müraciətin daxil olması, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən təxirə düşüb.
Əlavə olunub ki, hazırlıqlar başa çatan kimi, İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.
Xatırladaq ki, İran hakimiyyəti bundan əvvəl mərhum ali liderlə vida mərasiminin bu gün baş tutması haqqında məlumat dərc etmişdi. Xəbərdə bildirilirdi ki, vida mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq və 3 gün davam edəcək.
Xatırladaq ki, Əli Xamenei İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb.