Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xəstəxanadan evə buraxılan Roma Papası izdiham qarşısında çıxış etdi
14 fevralda xəstəxanaya yerləşdirilən və yalnız bu gün evə buraxılan Roma Papası Fransisk insanlar qarşısında çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
Pontifik xəstəxananın beşinci mərtəbəsindəki eyvanına çıxaraq izdihamı salamlayıb və xeyir-dua verib.
"Hamınıza təşəkkür edirəm! Sarı çiçəkləri olan xanımı görürəm, ona afərin", - deyə Papa bildirib.
Xatırladaq ki, fevralın ortalarında 88 yaşlı Roma Papası tənəffüs yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
"Roma Papası" teqi üzrə xəbərlər
- Roma Papası müalicədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
- Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır
- Roma Papası ictimaiyyət qarşısına çıxacaq
- Roma Papasının nitqində ciddi problem yaranıb
- Roma Papası Fransisk: "Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq"
Ən çox oxunanlar