Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xorvatiyada prezident seçkisinin nəticəsi açıqlandı
Dekabrın 29-da keçirilmiş prezident seçkisinin birinci turunda Xorvatiya prezidenti postuna səkkiz namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hazırkı prezident Zoran Milanoviç səslərin 99,59%-i sayıldıqdan sonra 49,12% səslə əsas siyasi rəqibi, müstəqil namizəd Draqan Primoratsı qabaqlayaraq birinci yeri tutub. Primorats isə seçicilərin 19,38%-nin dəstəyini qazanıb. Beləliklə, Milanoviç və Primorats 2025-ci il yanvarın 12-də baş tutacaq ikinci turda iştirak edəcəklər.
Xorvatiyada keçirilən prezident seçkisində səsvermə başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, artıq səslərin hesablanması başlayıb.
Dövlət Seçki Komissiyasının (DSK) məlumatına görə, seçici fəallığı 36,09% təşkil edib ki, bu da əvvəlki seçki ilə müqayisədə 2,5 faiz çoxdur.
Qeyd edək ki, Xorvatiya vətəndaşları bazar günü daha beş il müddətinə prezident seçiblər. Dövlət başçısı postu uğrunda 8 nəfər mübarizə aparıb. Favoritlər hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi, hakim Xorvatiya Demokratik Birliyi partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primoratsdır.
Əgər birinci turda heç bir namizəd 50%-dən çox səs toplamasa, 14 gün sonra ikinci tur keçiriləcək və burada birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
"Xorvatiya" teqi üzrə xəbərlər
- Xorvatiyanın baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
- Xorvatiyada yeniyetmə məktəbdə dəhşət yaşatdı: Ölən və yaralananlar var
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Luka Modriç və İvan Perişiç cütü rekorda imza atıb
- UEFA Millətlər Liqası: Xorvatiya Şotlandiyanı məğlub etdi
Rəylər