Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İtaliya A Seriyası: "Milan"-"Roma" matçında qalib müəyyənləşmədi
İtaliya A Seriyasında 18-ci turun "Milan" - "Roma" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, San Siro (Cüzeppe Meazza) stadionundakı oyunda komandalar 1:1 hesabı ilə bərabərə qalıblar.
16-cı dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Teyani Reynders hesabı açıb. "Roma"nın cavab qolunu 23-cü dəqiqədə hücumçu Paulo Dibala vurub.
Beləliklə də, keçirdiyi 17 oyundan sonra "Milan" 26 xalla A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir. "Roma" eyni sayda oyundan sonra 19 xal toplayaraq 11-ci yerdə qərarlaşıb. İtaliya çempionatına 41 xalı olan "Atalanta" başçılıq edir.
"AC Milan" teqi üzrə xəbərlər
- CFI şirkəti CFI Azerbaijan-ın rəsmi açılışını qeyd edir
- UEFA Çempionlar Liqası: "Feyenoord" "Milan"ı minimal hesabla məğlub etdi
- Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: Pley-off mərhələsinin ilk görüşlərinə dörd oyunla yekun vurulacaq
- Frankovski "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gələcək
Ən çox oxunanlar
Rəylər