Yaponiya Müdafiə Nazirliyi relsotronun - elektromaqnit rels topunun tammiqyaslı prototipini yaxın zamanda sınaqdan keçirməyi planlaşdırır.
Bu barədə Oxu.Az "Yomiuri" qəzetinə istinadla xəbər verir.
Qəzet yazır ki, relsotron elektromaqnit relslərin köməyi ilə mərminin sürətini artırır və uzaq mənzilə, dəqiqləyə malikdir.
Bildirilir ki, o hipersəsli döyüş bloklarını effektiv şəkildə vura bilər. Nazirlik "Aegis" çoxməqsədli izləmə və hədəfləmə sistemləri olan gəmiləri bu cür silahla təchiz etməyə hazırlaşır.
Qeyd edək ki, Yaponiya hakimiyyəti rels topunun hazırlanmasına 2016-cı ildə başlayıb.