Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yaponiya parlamentindən "uçan boşqab"larla bağlı addım
Yaponiyada parlament naməlum uçan obyektlər (UNO) və naməlum hava hadisələri ilə bağlı partiyalararası komissiya yaradacaq.
Məlumata görə, qeyri-adi naməlum hadisələri araşdırmaq üçün deputatlar federasiyası rəsmən iyunun 6-da yaradılacaq. Bu tədbirin təhlükəsizliyi təmin etmək üçün zəruri olduğu vurğulanıb.
"Onlar hökumətdən mütəxəssisləri birləşdirəcək xüsusi bir orqan yaratmağı tələb edəcəklər, çünki naməlum hadisələr digər dövlətlərin gizli silahı olduğu təqdirdə, bu, Yaponiya üçün təhlükə yarada bilər", - deyə mənbədən vurğulanıb.
Deputatların məsələyə ciddi yanaşdığı vurğulanır. Federasiyanın rəhbəri keçmiş müdafiə naziri Yasukadzu Hamada olacaq, spiker isə keçmiş ətraf mühit naziri, keçmiş baş nazir Cuniçiro Koyzuminin oğlu Sindziro olacaq.
Mənbə: Kyodo
Mövzuya aid xəbərlər
- “Uçan boşqab”ın ABŞ-də nüvə başlığını sıradan çıxarmasının görüntüləri yayıldı - FOTO/VİDEO
- “Yadplanetli” mumiyaların həqiqi olduğu müəyyən edildi - FOTO
- Pentaqon eksperti xəbərdarlıq etdi: Yadplanetli gəmi Yerə yaxınlaşır
- ABŞ kəşfiyyatının keçmiş rəsmisi: “Əlimizdə UNO-lar və onların pilotları var” - FOTO/VİDEO