Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiya tarixində ilk: Bir əsrdən çox yaşayan minlərlə insan
Yaponiya tarixində bir ilk yaşanıb. Ölkədə 100 yaşdan yuxarı insanların sayı ilk dəfə olaraq 95 mini keçib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə artan yaşlı əhalinin sayı ilə bağlı statistik məlumatları açıqlayıb.
Buna əsasən, 100 yaşdan yuxarı əhalinin sayı ardıcıl 54 ildir ki, artır. Sentyabr ayı etibarilə ölkədə bir əsrdən çox yaşayanların sayı 95 min 119 olaraq qeydiyyata alınıb.
Keçən ilki məlumatlarla müqayisədə 2 min 980 artım olub və yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu müəyyən edilib.
"Yaşlıların rahat yaşamağa davam etmələri üçün tibbi xidmətlər və tibb bacısı xidməti da daxil olmaqla, sosial rifah xidmətlərini artırmağa çalışacağıq", - deyə nazirlik sözçüsü mövzu ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, Yaponiyada bir əsrdən çox ömür sürənlərlə bağlı əhali məlumatları ilk dəfə 1963-cü ildə qeydə alınmağa başlayıb.
Təxminən 125 milyon əhalisi olan Yaponiya uzunömürlülük müddəti ilə tanınır. Yaşayan ən yaşlı insan olan 116 yaşlı İtooka Tomiko da Yaponiyada yaşayır.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
- Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü
Rəylər