Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaponiyada meşə yanğınları yaşayış massivinə keçib: Onlarla ev məhv olub
Yaponiyanın İvate prefekturasında meşə yanğını tüğyan edir.
Oxu.Az bu barədə NHK telekanalına istinadla xəbər verib.
Yanğın fevralın 26-da Ofunato şəhərində dağlıq meşə ərazisində başlayıb.
"Hazırda alov 600 hektar əraziyə yayılıb. Azı 84 evə ziyan dəyib", - deyə kanaldan vurğulanıb.
Hökumət 873 ailədən ibarət 2 114 sakinə evakuasiya tövsiyəsi verib. Hazırda evakuasiya mərkəzlərində və sosial yardım məntəqələrinə 540 nəfər yerləşdirilib.
Yanğınsöndürənlər hələlik alovun yayılmasının qarşısını ala bilməyiblər. Yanğının söndürülməsində hərbi helikopterlər də iştirak edirlər.
Qeyd edək ki, fevralın 21-də bildirilib ki, İvate prefekturasında Koquro burnu ərazisindəki meşə yanğınları səbəbindən 157 nəfər evakuasiya edilib. Yanvarın 18-də isə məlumat verilmişdi ki, Yaponiyada hərbçilərin təlim atışlarından sonra başlayan yanğın ikinci gündür söndürülə bilmir.
"Meşə yanğınları" teqi üzrə xəbərlər
- Cənubi Koreyada yanğınları söndürməyə gedən helikopter QƏZAYA UĞRADI: Ölənlərin sayı artıb
- Cənubi Koreyada meşə yanğınları: Ölənlər var, 1500 nəfər təxliyə edilib
- Meşə yanğınları Cənubi Koreyanı cənginə alıb: Ölənlər var
- Şəkinin Baş Şabalıd kəndi ərazisindəki yanğın SÖNDÜRÜLDÜ
- Alovlar içində olan Çilidən qorxunc kadrlar