Yaponiyanın Tottori prefekturasının Kofu şəhərində Matanoqava su elektrik stansiyasında tuneldə partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.
Qeyd olunur ki, stansiya əməkdaşlarından biri hadisə barədə yanğınsöndürmə bölməsinə məlumat verib. Onun sözlərinə görə, görünən yanğın müşahidə olunmur, lakin tunel tüstü ilə dolub. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Yanğınsöndürənlər və polis hadisənin səbəblərini araşdırır.