Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Yaponiyada yanvarın 1-dən bəri baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 206-ya çatıb.
Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat verib.
Ən azı 52 nəfər hələ də itkin düşənlər siyahısındadır.
Son məlumatlara görə, ölənlərin sayı 567 nəfərdir. Zəlzələdən zərərçəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyə məntəqələrində qalmaqda davam edir.
Bundan əlavə, zərər çəkmiş ərazilərdə 4,2 minə yaxın ev su təchizatından məhrumdur. Eyni zamanda, yerli hakimiyyət orqanları zəlzələlər nəticəsində 1,8 minə yaxın yaşayış binasına ziyan dəydiyini qeyd edib. Yaponiya xilasetmə xidmətləri təbiət hadisəsinin nəticələrini aradan qaldırmaq üçün bərpa işlərini davam etdirir.
Mənbə: TASS
Rəylər