Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə “bolugundem.com” saytı məlumat yayıb.
Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.
Rəylər