Yaponiyanın qərbində 5 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, təkanların episentri Naqano prefekturasında, 10 kilometr dərinlikdə yerləşib. Heç bir itki qeydə alınmayıb və sunami xəbərdarlığı verilməyib.