Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaponlar Fukusima AES-dən suyun axıdılmasını dayandırmağı tələb edirlər
Yaponlar məhkəmə yolu ilə Fukusima Atom Elektrik Stansiyasından (AES) suyun axıdılmasını dayandırmağı tələb ediblər.
Təxminən 150 nəfərin imzaladığı ilk iddia ərizəsi Fukusima AES-dən suyun axıdılmasının dayandırılması tələbi ilə Yaponiya məhkəməsinə təqdim edilib. İddia tələbində suyun buraxılmasının vətəndaşların dinc yaşamaq hüquqlarını pozduğu və balıq ovu ilə məşğul olanların biznesinin bərpası prosesini çətinləşdirdiyi deyilir.
Fukusima və Miyaqi prefekturalarının sakinləri suyun axıdılması üçün quraşdırılmış qurğulara dair nüvə tənzimləmə orqanlarının təsdiqinin ləğvini və suyun axıdılmasına qadağa qoyulmasını istəyirlər.
Sentyabrın əvvəlində “Fukusima-1” AES-in operatoru suyun axıdılması başlanandan bəri ilk dəfə dəniz suyunda tritium aşkar edib. Onun konsentrasiyası litr başına 10 bekkerel təşkil edib, bu da aşkarlama səviyyəsinin aşağı həddidir. İcazə verilən norma bundan min dəfə yüksəkdir və bir litr üçün 10 min bekkerel təşkil edir. Operator konsentrasiya 7000 bekkerelə çatdıqda suyun axıdılmasını dayandırılacağını vəd edib.
AES-dən axıdılan su reaktorları soyutmaq üçün istifadə olunurdu. Onun ümumi həcmi 31,2 min ton təşkil edir.
Xatırladaq ki, daha əvvəl Yaponiyanın kənd təsərrüfatı, meşə və balıq ovu naziri Tetsuo Nomura “Fukusima” AES-dən okeana axıdılan suyu “zəhərlənmiş” adlandırdığına görə ictimaiyyətdən üzr istəməli olub. Bu addımı ondan ölkə hökumətinin başçısı Fumio Kisida tələb edib.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov bildirib ki, uzun illər ərzində kiçik dozalarda tritium istifadəsinin hansı nəticələrə gətirib çıxaracağı barədə alimlər hələlik dəqiq nəticəyə gəlməyiblər. Bununla belə, o qeyd edib ki, suda bu maddənin, hətta az konsentrasiyası belə xərçəng riskini beş dəfədən çox artıra bilər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
"Yaponiya" teqi üzrə xəbərlər
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
- Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü
Rəylər