Yəmən sahillərində içində mirqantların olduğu qayığının batması nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Frans Press" agentliyi məlumat verib.
"Yəmən təhlükəsizlik xidmətlərinin nümayəndələri Ədən körfəzində qayığın qəzaya uğraması nəticəsində 76 cəsədin tapıldığını bildiriblər", - deyə məlumatda vurğulanıb.
Xidmətlər 32 nəfəri xilas etməyə müvəffəq olublar.
Yəmən sahillərində içində miqrantların olduğu qayıq batıb.
Bu barədə Oxu.Az BBC-yə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində azı 68 nəfər həlak olub. Qayığın göyərtəsində 150-dən çox adamın olduğu bildirilir.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, qayıq Abyan əyalətinin cənub sahillərində pis hava şəraitində çevrilib və batıb.
Beynəlxalq Miqrasiya Təşkilatının Yəmən üzrə rəhbəri Abdusattor Esoyevin sözlərinə görə, 68 nəfərin cəsədi sudan çıxarılıb.
O qeyd edib ki, 12 nəfər xilas edilib, qalanları isə hələ də itkin düşmüş hesab edilir.
"İlkin məlumata görə, onlarla insan ölüb, onların çoxu, Efiopiya vətəndaşlarıdır", - deyə Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.
Yəmən Afrika dövlətlərindən iş axtarmaq üçün Körfəz ölkələrinə gedən miqrantlar üçün əsas marşrut olaraq qalır.
Beynəlxalq Miqrasiya Təşkilatının qiymətləndirmələrinə görə, son aylarda içində miqrantların olduğu qayıq qəzaları nəticəsində yüzlərlə insan ölüb və ya itkin düşüb.