Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış: Ölən və yaralananlar var](https://images.oxu.az/2025/01/12/VH7Je2ed67bOBOPE6tBz44jJLTaN30d9zXU4Wrbl:1200.jpg)
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış: Ölən və yaralananlar var
Yəmənin Bəyda əyalətində husi üsyançı Ənsar Allah hərəkatının nəzarəti altında olan yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Hadisə nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Məlumata görə, Əz-Zaher bölgəsinin Əl-Məcriş rayonunda dörd yanacaqdoldurma qurğusu partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdiriliblər.
Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
"Yəmən" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər