Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yeni buz dövrü nə vaxt başlayacaq? - Alimlərdən AÇIQLAMA
"Yeni buz dövrü 10 min ildən sonra başlayacaq".
Oxu.Az-ın "Science" jurnalına istinadən verdiyi xəbərə görə, bu qənaətə ABŞ-nin Santa-Barbara şəhərindəki Kaliforniya Universitetinin alimləri gəliblər.
Jurnalın bildirdiyinə görə, bu prosesdə Yer oxunun əyilməsindəki kiçik dəyişikliklər mühüm rol oynayır. Eyni zamanda, bir çox alimlər iqlim dəyişikliklərini qlobal istiləşmə ilə əlaqələndirirlər.
Məqalədə həmçinin belə bir ehtimal irəli sürülüb ki, gələcəkdə bir neçə kilometr hündürlükdə olan buzlaq Rusiyanın mərkəzinə doğru hərəkət edə bilər və bu, çox şeyin qlobal istiləşmənin intensivliyindən asılı olacağını göstərir.