Sakit okeanda, Yeni Zelandiyaya məxsus Oklend adaları bölgəsində altı maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Yeni Zelandiyanın Cənub adasındakı Danidin şəhərindən 637 kilometr cənub-qərb istiqamətində baş verib. Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.