Ötən gün ərzində Yeni Zelandiyada koronavirusa yoluxma halı qeyd edilməyib.
“RİA Novosti” xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə xidmətinin baş direktoru Eşli Blumfild bildirib.
“Bu çox ümidverici göstəricidir, lakin ona aldanmaq olmaz”, - deyə Blumfild əlavə edib.
Həmçinin ötən gün ərzində ölkədə koronavirusdan vəfat edən olmayıb. Qeyd etmək lazımdır ki, Yeni Zelandiyada 1487 nəfər koronavirusa yoluxub, 20 nəfər onun qurbanı olub, 1276 insan isə xəstəlikdən sağalıb.