Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yerə yaxınlaşan təhlükəli asteroid Ayla toqquşa bilər
Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən "2024 YR4" asteroidi 2032-ci ildə Ayla toqquşa bilər.
Oxu.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Mütəxəssislər toqquşma ehtimalının hazırda 1,7% olduğunu hesab edirlər. Eyni zamanda, elm adamları asteroidin Yerlə toqquşa biləcəyini praktiki olaraq istisna edirlər (0,004%). Hərçənd bu yaxınlarda ekspertlər bu ehtimalı 3,1% olaraq qiymətləndirirdilər.
NASA mütəxəssisləri asteroidin diametrinin 40-90 metr olduğunu təxmin edirlər ki, bu da Çelyabinsk meteoritindən bir neçə dəfə böyükdür.
Yerə yaxınlaşan təhlükəli asteroid Ayla toqquşa bilər

"Asteroid 2024 YR4" teqi üzrə xəbərlər
- Bir neçə il sonra Yeri gözləyən BÖYÜK TƏHLÜKƏ - Meteorit yağışı qaçılmaz ola bilər
- Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı bir neçə həftəyə iki dəfə artdı
- Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı
- Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA
- Çelyabinsk meteoritindən 3-4 dəfə böyük asteroidin yerlə toqquşacağı tarix açıqlandı
Ən çox oxunanlar