Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bir neçə il sonra Yeri gözləyən BÖYÜK TƏHLÜKƏ - Meteorit yağışı qaçılmaz ola bilər
Bir neçə ildən sonra "2024 YR4" asteroidinin Ayla toqquşması səkkiz meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da səma cisminin qalıqlarının Yerə yağmasına gətirib çıxara bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi əməkdaşı, astronom Leonid Yelenin bildirib.
Astronomların hesablamalarına görə, "2024 YR4" asteroidi 22 dekabr 2032-ci il tarixində Yerə yaxınlaşa bilər. Fevral ayının əvvəlində NASA bu toqquşma riskini 2.2 faiz olaraq qiymətləndirirdi, lakin sonradan bu rəqəm 3.1 faizə çatdı. Ötən həftə isə agentlik göstəricini 0.28 faizə endirdi. Avropa Kosmik Agentliyi (ESA) də 24 fevral tarixində asteroidin Yerə çırpılma ehtimalını 0.002 faizə qədər azaltdı.
Alimlər asteroidin Ayla toqquşma ehtimalını da nəzərdən keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, asteroidin dəqiq trayektoriyası yalnız 2028-ci ildə məlum olacaq.
"Hazırda asteroidin Ayla toqquşma ehtimalı təxminən bir faiz civarındadır, lakin bu göstərici də azalır. Bununla belə, bu cür toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış baş verəcək və enerji buraxılışı təxminən səkkiz meqaton təşkil edəcək. Ayın atmosferi yoxdur və onun cazibə qüvvəsi zəifdir, buna görə də, partlayış nəticəsində kosmosa atılan qalıqların bir hissəsi sonda Yerə düşə bilər", - deyə alim bildirib.
Asteroidin Yerə çırpılma ehtimalı ilə bağlı proqnozların dəyişməsinə toxunan alim qeyd edib ki, bu hesablamalar daim yenilənir.
"Bu proses heç vaxt dayanmır. Günəş sistemində orbitlər bir dəfə müəyyən olunmuş dəmir yolları kimi sabit deyil. Onlar daim dəyişir və cisim nə qədər kiçik, eləcə də yüngül olarsa, planetlərin cazibə qüvvəsinin ona təsiri bir o qədər çox olar", - deyə Yelenin vurğulayıb.
"Asteroid 2024 YR4" teqi üzrə xəbərlər
- Yerə yaxınlaşan təhlükəli asteroid Ayla toqquşa bilər
- Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı bir neçə həftəyə iki dəfə artdı
- Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı
- Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA
- Çelyabinsk meteoritindən 3-4 dəfə böyük asteroidin yerlə toqquşacağı tarix açıqlandı