Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yıldırım: ABŞ qırıcısına alternativ tapacağıq
Ankara ABŞ Senatının “F-35” qırıcılarının istehsalı ilə bağlı Türkiyəyə qoyduğu qadağaya cavab verib.
Oxu.Az xəbər verir ki, NTV telekanalına verdiyi açıqlamada Türkiyənin baş naziri Binəli Yıldırım Vaşinqtonun bu qərarını pisləyib.
“Bu hadisələrin çox uğursuz şəkildə inkişafıdır. Ancaq Türkiyə alternativsiz qalmayacaq. ABŞ senatının bu addımları sadəcə təəssüf doğurur, bu addımlar strateji əməkdaşlıq ruhuna ziddir”, -deyə Binəli Yıldırım vurğulayıb.
Qeyd edək ki, Türkiyə “F-35” qırıcılarının istehsalı üzrə müştərək layihəyə 800 milyon dollara yaxın yatırım qoyub. Bunun əvəzində ABŞ Türkiyə hava qüvvələrini 100 qırıcı ilə təchiz etməli idi.
F.M.
www.oxu.az
Rəylər