Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yunanıstan hökuməti "Adidas"ı məhkəməyə verib
Yunanıstan hökuməti məşhur idman malları istehsalçısı "Adidas"a qarşı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə müraciət etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" məlumat verib.
Ölkənin mədəniyyət naziri Lina Meldoni bildirib ki, görüntüləri sosial mediada yerləşdirilən reklam qədim tikililər haqqında qanunları poza bilər. İnternetdə yayılan foto və videolarda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Akropolun fonunda "Adidas"ın loqotipini və ayaqqabılarını yaradan işıqlı dronlar əks etdirir.
Nazir onu da əlavə edib ki, nazirlik Akropol üzərində pilotsuz uçuşlar üçün lisenziyalaşdırma prosedurunun pozulması faktını da araşdırır.
Qeyd edək ki, bu dünya irsi olan obyekt UNESCO-nun Afinanın xüsusi mühafizəsi altındadır.
"Adidas" teqi üzrə xəbərlər
- Yay üçün ağ idman ayaqqabılarını hansı rəng əvəz edəcək?
- Bakının yeni moda ritmi - MIUM
- "Adidas"ın Türkiyədəki müştərilərinin məlumatları oğurlandı
- UEFA Çempionlar Liqasının finalında istifadə olunacaq topların yeni dizaynı bəlli olub
- FIFA və "Adidas" Klublararası Dünya Çempionatının topunu təqdim edib