Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yunanıstanda fermerlər ölkənin şimalında yolları bağlayıblar
Yunanıstanda fermerlər ölkənin şimalında bəzi yolları bağlayır, hakimiyyət orqanlarından təbii fəlakətlər nəticəsində zeytun ağaclarının itirilməsinə görə təzminat, kənd təsərrüfatı üçün elektrik enerjisi tariflərinin aşağı salınması və yanacağın ucuzlaşması, həmçinin əlavə subsidiyalar tələb edirlər.
Qeyd olunur ki, fermerlər, xüsusən, yerli vaxtla ən azı 20:00-a qədər 120 traktorla Saloniki - Nea Moudania magistral yolunu hər iki istiqamətdə bağlayıblar.
Xatırladaq ki, fevralın 1-dən etibarən fermerlər “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzində 300 traktor saxlayıblar. Sərgi bazar günü başa çatır və etirazçılar Yunanıstanın şimalında yolların bağlanmasını gücləndirmək üçün tədricən traktorları çıxarmağa başlayırlar.
Mənbə: TASS
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Malayziyada güclü daşqın: Dörd mindən çox insan təxliyə edildi
- Norveç dənizində güclü zəlzələ baş verib
- BTQ "Qarans" siklonunun nəticələri ilə bağlı Reyunyon sakinləri ilə həmrəy olduğunu açıqlayıb
- Yaponiyada meşə yanğınları yaşayış massivinə keçib: Onlarla ev məhv olub
- Alovlar içində olan Çilidən qorxunc kadrlar