Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vali: “Kahramanmaraşın Azərbaycan Bulvarında binaların inşası 2024-cü ilin sonunadək yekunlaşacaq”
“Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir”.
APA xəbər verir ki, bunu Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib.
O qeyd edib ki, məhz Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq: “Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldular, birlikdə 1 800 tikilinin inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək”.
Yalnız zəminin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"