Yunanıstanın Egey dənizində yerləşən Sifnos adasında özəl helikopter qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Efimerida ton Syntakton" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, helikopter hələlik naməlum səbəbdən adanın Tolos ərazisində qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, helikopterin göyərtəsində üç nəfər - iki kişi və bir qadın olub. Onlar hadisə yerində həyat əlamətləri olmadan tapılıblar.
İki sərnişinin və pilotun şəxsiyyəti, eləcə də vətəndaşlığı barədə hələlik məlumat yoxdur.
Helikopter Tolos ərazisindəki helikopter meydançasından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. O, yaşayış massivinə düşsə də, heç bir evə ziyan dəyməyib.
Helikopter yerə çırpıldıqdan dərhal sonra yanmağa başlayıb. Yanğınsöndürənlər alovu söndürməyə çalışırlar.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb.