İrlandiyada yüz yaşını qeyd edən Tereza Lyusi uzunömürlülüyünün sirrini açıqlayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ballinkolliq şəhərinin sakini cavan və sağlam qalmağın sadə yolunu təklif edib.
Qadın bildirib ki, o, həyatında heç vaxt spirtli içki qəbul etməyib, siqaret çəkməyib, idmanla məşğul olub və rəqs etməyə çalışıb.
"Hər kəs sehrli bir həb tapmağa çalışır, lakin çox az adam sadə həqiqətlərə əməl edir", - deyə Tereza Lyusi vurğulayıb.
Noyabrın 19-da 100 yaşı tamam olan Lyusinin 18 nəvəsi və 30 nəticəsi var.