Azərbaycan səhiyyə sistemindən yeni mərhələ başlayır.
Yeni Klinikada fəaliyyətə başlayan yeni robotik reabilitasiya və sümük iliyi transplantasiyası mərkəzləri artıq həm ölkəyə, həm də regiona xidmət etməyə tam hazırdır.
Yeni mərkəzlərin açılışı münasibətilə noyabrın 20-də təşkil olunan mediaturda TƏBİB-in rəhbərliyi, Yeni Klinikanın kollektivi və media nümayəndələri mərkəzlərlə yaxından tanış olublar. Jurnalistlərə hər iki mərkəzin fəaliyyət istiqamətləri, yeniliklər və planlaşdırılan tibbi xidmətlər barədə geniş məlumat verilib.
3600 kvadratmetrlik ərazini əhatə edən yeni robotik reabilitasiya mərkəzi ölkədə bu sahədə texnoloji inqilab yaradan ilk mərkəzlərdən biri kimi təqdim olunur.
Burada nevrologiya, ortopediya, pediatriya, onkoloji və kardiopulmonor reabilitasiya daxil olmaqla geniş sahələr üzrə xidmət göstəriləcək.
Ətraflı Baku TV-nin videomaterialında: