Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün nazirlər postuna ona təqdim olunmuş namizədlərin siyahısını təsdiq etməkdən imtina edib.
Oxu.Az “Novosti-Qruziya”ya istinadla xəbər verir ki, dövlət başçısı bəyan edib ki, baş nazir İrakli Qaribaşvili və parlamentə daha sakit mühitdə hökumətin tərkibini müəyyən etmək üçün bir həftə vaxt verir.
11:45
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni nazir vəzifələrinə üç namizədin adını açıqlayıb.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, müdafiə naziri postuna Avropa inteqrasiyası üzrə parlament komitəsinin rəhbəri Tinatin Xidaşelinin namizədliyi irəli sürülüb. Onun namizədliyi təsdiq olunarsa, Xidaşeli Gürcüstan tarixində ilk qadın müdafiə naziri olacaq.
Ətraf mühitin mühafizəsi naziri postuna Qiqla Aqulaşvili, idman və gənclərlə iş üzrə nazir postuna isə Tariel Xeçikaşvilinin namizədlikləri irəli sürülüb.
Hökumətin yeni tərkibi təsdiq üçün prezidentə, daha sonra isə etimadın göstərilməsi üçün parlamentə göndəriləcək.