Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Müdafiə nazirliyi ilə birgə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı lII Gənclər Festivalı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, ali təhsi müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.
Qeyd edək ki, 2 may 2015-ci il tarixdə keçirilməsi nəzərdə tutulan layihədə cari ildə 105 illiyi qeyd edilən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın eyni zamanda Qafqazın ilk Sovet İttifaqı adı almış Qəhrəmanı İsrafil Məmmədovun, adı belə faşistləri qorxuya gətirən, Sovet İttifaqı qəhrəmanı Mehdi Hsüynzadənin partizan həyatı canlandırılacaq.
Eyni zamanda, festivalda Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət Mükafatı Laureatı, Əməkdar Elm xadimi. Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından əvəzsiz əsərlərin müəllifi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbələr tərəfindən tamaşaçılara təqdim ediləcək.
2 may 2015-ci il tarixdə saat 20.00-da Lənkəran rayonunda keçiriləcək Festivalda dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, 1000 nəfərdən çox yerli əhali, eyni zamanda Böyük Vətən Müharibəsi veteranları iştirak edəcəkdir.
E.Ə.
www.oxu.az