Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaxarova ona “Xarı Bülbül” nişanının hədiyyə edilməsinə münasibət bildirdi - VİDEO
“Bu tədbirə qatılmayanlar, burada olmayanlar yəqin bilmirlər ki, bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər. Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər gətiriblər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona azərbaycanlılar tərəfindən “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsinə və bunun mətbuatda səs-küyə səbəb olması ilə bağlı suala cavab verərkən bildirib.
“Bu, tamamilə normaldır, nə vaxt ki, insanlar özləri üçün vacib olan simvolların əks olunduğu hədiyyələri verirlər, həmin hədiyyələr vasitəsilə öz hekayələrini danışırlar”, - deyə o vurğulayıb.
Rusiya XİN sözçüsü əlavə edib ki, təxribatlara uymamaq lazımdır, provokasiyalar hər zaman olub və olacaq.
"Fələstin" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
Rəylər