"Mümkün ərazi qərarlarını yalnız Ukrayna xalqı ya seçki, ya da referendum vasitəsilə müəyyən edə bilər".
Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ Donbasın bir hissəsində sözdə "azad iqtisadi zona"nın, yaxud rusiyalıların dediyi kimi, "silahsızlaşdırılmış zona"nın yaradılmasını təklif edir:
"Bu plana əsasən, Ukrayna qoşunları ərazinin bir hissəsindən çıxmalı, Rusiya qoşunları isə oraya daxil olmamalıdır. Bu model Ukraynanın maraqlarına uyğun deyil, çünki təmas xəttində dayanmaq ədalətlidir, lakin dialoq davam edir".