ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenskiyə zəng edib.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumatıa görə, prezidentlər ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:18-dən 18:50-dək (Bakı vaxtı ilə saat 03:18-dən 03:50-dək) danışıblar.
Öz növbəsində, Zelenski “Twiter” hesabında bununla bağlı yazaraq, söhbət zamanı təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin gündəmdə olduğunu bildirib.
As part of the constant dialogue, I had another conversation with @POTUS. The agenda included the issues of security, financial support for Ukraine and the continuation of sanctions against Russia.
— Володимир Зеленський (@ZelenskyyUa) March 6, 2022