Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkhaqqı kartlarının sayı kəskin artıb - CƏDVƏL
Azərbaycandakı ödəniş kartlarının sayı artır. Artım daha çox əməkhaqqı kartlarının sayında nəzərə çarpır.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə cəmi ödəniş kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.
Təkcə noyabrda cəmi ödəniş kartlarının sayı 52 min ədəd artıb. Əməkhaqqı kartlarının sayı isə bu ilin yanvar-noyabr aylarında 199 min ədəd çoxalıb.
Bu ilin oktyabr ayı ilə müqayisədə, noyabrda sosial kartların sayı 13 min ədəd azalaraq, 2 milyon 532 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq, 2 milyon 41 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartların sayı 24 min ədəd artaraq, 1 milyon 69 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq, 835 min ədədə çatıb.
İl, ay | Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna) | Debet kartları, Sosial kartlar | Debet kartları, Əmək haqqı kartları | Debet kartları, Digər | Kredit kartları |
31.12.2017 | 5800 | 2535 | 1827 | 815 | 623 |
2018 | |||||
01 | 5820 | 2517 | 1842 | 807 | 655 |
02 | 5890 | 2522 | 1880 | 814 | 673 |
03 | 5933 | 2513 | 1893 | 814 | 713 |
04 | 6022 | 2511 | 1890 | 866 | 755 |
05 | 6072 | 2513 | 1878 | 897 | 784 |
06 | 6112 | 2521 | 1877 | 914 | 799 |
07 | 6174 | 2521 | 1908 | 922 | 823 |
08 | 6224 | 2505 | 1930 | 953 | 836 |
09 | 6357 | 2547 | 1941 | 982 | 887 |
10 | 6424 | 2545 | 2031 | 1045 | 803 |
11 | 6476 | 2532 | 2041 | 1069 | 835 |
İlhamə Abdullayeva
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?