Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem var? - RƏSMİ
“Bu ilin dörd ayı ərzində kredit portfeli 1,9 faiz artıb. Bunun əsas mənbəyi biznes kreditləridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında ipoteka kreditləri 5,2 faiz, biznes kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb:
“Banklar tərəfindən I rübdə real sektora 1,4 milyon manat məbləğində yeni kreditlər verilib. Bank sektorunun likvidliyi qənaətbəxşdir. Banklarda səkkiz milyarddan yuxarı likvid vəsait var ki, bu da aktivlərin 26 faizini təşkil edir. Hazırda bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem müşahidə olunmur”, - deyə E.Rüstəmov qeyd edib.
İlhamə Əbülfət