“Biz pandemiyanın yaratdığı böhranın ən aktiv fazasını keçiririk”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yeni reallıqlar yaranır və buna uyğunlaşmaq lazımdır:
“Hökumət və Azərbaycan Mərkəzi Bankı birlikdə yeni siyasət platforması ilə gələcəyə baxış formalaşdırır. Pandemiyadan sonrakı iqtisadi islahatları planlaşdırırıq”.
İlhamə Əbülfət