Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“EuroHome”a kompensasiya verilməsinin şərti açıqlandı - RƏSMİ + VİDEO
“Sığorta bazarı ilə bağlı tədbirlər planımız var. Xüsusilə, əmlak sığortasının genişləndirilməsi istiqamətində işlər görüləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, sığorta bazarındakı problemlərdən biri kölgə iqtisadiyyatıdır:
“Aparılan müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar fəaliyyətlərini tam şəffaf qura bilmir, maliyyə və bank xidmətlərindən istifadə edə bilmirlər. Onların tam sığortası varsa, dəymiş zərər ödəniləcək”.
“Bu günlərdə “EuroHome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələlik konkret bir söz deyə bilmərəm. Amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompensasiya alacaq”.
İlhamə Əbülfət