15 
Mar
2022
15:24
384
40
6796
Virtual karabakh

14 brend Rusiyada avtomobil qiymətlərini qaldırdı

15 Mar, 2022
15:24
6796

14 brend Rusiyada avtomobil qiymətlərini qaldırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ərazisində avtomobil markaları qiymətləri artırmağa başlayıb.

Ümumilikdə mart ayında 14 brend qiyməti artırıb.

Son bir neçə gün ərzində 9 avtomobil markası məhsullarının qiymətini bir anda qaldırmaq qərarına gəlib, bu, 2022-ci ilin martında Rusiya bazarında avtomobil qiymətlərinin artımının ikinci dalğasıdır.

Ümumilikdə 14 şirkət bu ay öz qiymət siyahılarını yenidən yazıb.

Səbəb kimi Rusiya valyutasının məzənnəsinin dəyişməsi və çətin geosiyasi vəziyyət göstərilir. Bundan başqa, bir sıra xarici istehsalçılar öz məhsullarının dilerlərə çatdırılmasını dayandırıblar.

Son qiymət artımı BMW, “Cadillac”, “Citroen”, “Hyundai”, “Genezis”, “Opel”, “Renault”, “Mitsubishi”, “Suzuki”yə təsir edib.

Sadalanan brendlərin əksəriyyəti bütün model çeşidinin qiymətlərini dəyişib.

Martın əvvəlində “AvtoVAZ”, “Kia”, “Lexus”, “Infiniti”, UAZ avtomobillərinin qiymətlərini qaldırıb.

Qeyd olunur ki, söhbət avtomobillər üçün tövsiyə olunan pərakəndə satış qiymətindən gedir, bunlar istehsalçı qiymətləridir. Nəşr əlavə edir ki, avtomobillərin diler qiymətləri xeyli yüksək ola bilər.

Brendlərin başqa bir kateqoriyası sadəcə olaraq bütün qiymət siyahılarını veb saytlarından silib. Bunlar “Chery”, “Changan”, “Haval”, “Geely”, “Jeep”, “Peugeot” və “Skoda”dır.

Mənbə: Autonews

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri