Okt
2022
15:37
159
28
1851
Virtual karabakh

Sahibkarlarımız Özbəkistanda işgüzar səfərdə olublar - FOTO

7 Okt, 2022
15:37
1851

Sahibkarlarımız Özbəkistanda işgüzar səfərdə olublar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 sentyabr – 6 oktyabr tarixlərində Azərbaycanın 30-a yaxın kiçik və orta sahibkarı Özbəkistanda işgüzar səfərdə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və “Marsol” MMC-nin təşkilatçılığı ilə baş tutmuş səfərdə inşaat, turizm, logistika, qida, tekstil, İKT, reklam, mühasibatlıq, istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. 

Səfərin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, Özbəkistan şirkətləri ilə biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması olub.

İşgüzar səfər çərçivəsində sahibkarlarımız Daşkənd şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda abidəsinin önünə əklil qoyublar. İş adamları Daşkənddə Özbəkistanın Ticarət və Sənaye Palatası, Sahibkarlığın İnkişafı Agentliyi, Özbəkistandakı Azərbaycan Səfirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Özbəkistandakı nümayəndəliyində bir sıra görüşlər keçirib, “Aquatherm Tashkent”, “UzETechExpo 2022” və “OzuPACK – OZBEKinPRINT 2022” sərgilərində iştirak ediblər. Səmərqənd şəhərində sahibkarlarımız müxtəlif istehsal müəssisələrində olublar. Azərbaycan iş adamlarının Özbəkistana səfəri çərçivəsində Buxara şəhərində hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib, Azərbaycan və Özbəkistanın turizm şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri