11 
Apr
2015
10:28
10
126
2262
Virtual karabakh

Vergilər naziri neftin ucuzlaşmasından danışdı

11 Apr, 2015
10:28
2262

Vergilər naziri neftin ucuzlaşmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real büdcə öhdəlikləri tam yerinə yetirilir”.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edib.

Dünya bazarlarında neftin ucuzlaşmasına baxmayaraq real büdcə öhdəlikləri tam yerinə yetirilir.

Oxu.Az xəbər verir ki, bunu dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergilər naziri Fazil Məmmədov bildirib.

“Dünyada neftin qiymətinin kəskin düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam yerinə yetirilməsinə imkan verib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qrammatik dayaqlara əsaslandığını göstərir”, - deyə nazir bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri